Danışılmış oyunlarla bağlı AFFA-da görüş keçirildi

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev qrup oyunlarında iştirak edən Azərbaycan, Bosniya və Herseqovina, Türkiyə və  Ukrayna komandalarının üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib.  

Newsport.az-ın məlumatına görə, təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.

Qeyd edək ki, noyabrın 10-dan etibarən Bakıda 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunun oyunları keçirilir. Bu qrupda millimizlə yanaşı, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna yığmaları da mübarizə aparır.(affa.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right