Rəşad Sadıqov "Tottenhem"ə qarşı oynaya bilməyəcək

Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bir ay yaşıl meydanlardan kənarda qala bilər.

Newsport.az-ın məlumatına görə, bu gün tibbi müayinədən keçən futbolçunun durumu heç də yaxşı deyil.

Belə ki, onun iki-üç həftə oynamaması məsləhət görülüb. Belə olan halda Sadıqov nəinki millimizin Moldova ilə noyabrın 17-dəki yoxlama oyununda, həmçinin "Qarabağ"ın qarşıdakı oyunlarda meydana çıxması mümkün olmayacaq. Sadıqovun hətta Avropa Liqası çərçivəsində İngiltərə "Tottenhem"inə qarşı Bakıdakı oyunda da iştirakı sual altındadır. Həmin oyun noyabrın 26-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right