Ruslan Abışov: “Komanda tilsimlənib” MÜSAHİBƏ

 "Qəbələ” Azərbaycan Premyer Liqasının XII turunda evdə "İnter”lə heç-heçə edib. Oyundan sonra "Qəbələ”nin müdafiəçisi Ruslan Abışov Newsport.az-ın suallarını cavablandırıb.

 
-Evdə 1 xal qazandınız. Oyun haqqında fikirləriniz necədir?
-Budan əvvəlki oyunlarda çox xallar itirmişdik. Fikirləşirdik ki, bu oyunda qələbə qazanmaqla uğursuz oyunlar seriyasına son qoyaq.  Bütün oyun bizim üstünlüyümüz şəraitində keçdi. Yenə qol epizodlarından istifadə edə bilmədik. Artıq bu vəziyyətdən çıxmağın vaxtıdır.  Getdikcə hər şey çətinləşir. İnanırıq ki, qarşıdakı oyunlarda hər şey bizim üçün yaxşı olacaq. 
 
-Komanda ardıcıl turlardır qələbə qazanmır. Sənin fikrincə nə çatışmır?
-Hər kəs görür ki, 90 dəqiqə ərzində hücum futbolu oynayırıq. Nədənsə son  nöqtəni qoymaqda çətinlik çəkirik. Sanki komanda tilsimlənib. Məncə psixoloji çətinliyii keçməliyik. 
 
-Hər şey Roman Qriqorçukun Ukrayna millisinə gedəcəyi ilə yayılan xəbərdən sonra başladı. Səncə bunun təsiri varmı?
-Bundan əvvəl də demişdim ki, heçbir futbolçu bu barədə düşünmür. Baş məşqçimiz bizim yanımızdadı. İnanıram ki, sonadək bizimlə olacaq.  Düşünürəm  ki, O, belə vəziyyətdə bizi qoyub getməyəcək. 
 
-Zenyovun ilk dəqiqələrdən zədələnməsi oyununuza təsir etmədi?
-Əlbəttə, bizim üçün itkidir. Oyundan əvvəl hansı sitemdə oynayacağımız bəlli idi. Hər kəs hansı mövqedə oynayacağını bilirdi. Onun zədələnməsi planlarımızı  pozdu. Amma onu əvəzləyən Samir Zərgərov da pis oynamadı. 
 
-Xal itkisini yorğunluqla əlaqələndirmək olmaz?
-Yox, belə düşünmürəm. Dediyim kimi, komandada psixoloji gərfinlik var. Bu mərhələni geridə qoymalıyıq. Bundan sonra hər şey qaydasına düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right