“Ehtiyatlı oyuna üstünlük verdik” – Adil Şükürov

Azərbaycan Premyer Liqasının XII turunda "Zirə” doğma meydanında "Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Zirə”nin 3-2 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görəqarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Zirə”nin baş məşqçisi Adil Şükürov qalib gəldikləri oyunu belə şərh edib:
"Komandadan çox razıyam, qələbəyə görə şadam. Zirədə futbol adına hər bir şey vardı. Düşünürəm ki, maraqlı bir görüş alındı. Biz "Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışdıq. Aqressiv rəqiblə oyunda 3 xal əldə edə bildik. "Sumqayıt”ın son oyunlarını analiz etmişdik. Rəqib ilk dəqiqədə qollar vurmağı bacarır. Ona görə də matçın ilk dəqiqələrində ehtiyatlı oyuna üstünlük verdik.”




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right