Bu gün "Neftçi” PFK-ya Ukrayna Futbol Federasiyasından məktub daxil olub.
Newsport.az-ın məlumatına görə, məktuba əsasən, "Neftçi” PFK-nın baş məşqçisi Samir Əliyev 4 noyabr tarixində Ukraynada baş tutmuş dinləmələrdən uğurla keçərək "Pro” kateqoriyalı məşqçilik kurslarına cəlb edilib. Ukraynada keçiriləcək məşqçilik kurslarının ilk mərhələsi 16-20 noyabr tarixləri aralığında təşkil olunacaq.
Qeyd edək ki, AFFA tərəfindən növbəti "Pro” kateqoriyalı məşqçilik kursu 2017-ci ildə təşkil olunacağı səbəbindən Samir Əliyevin Ukraynaya yollanması məqsədəuyğun hesab edilib.