"Qəbələ”nin İdman Direktoru Toni Adams ürəyindən əməliyyat olunub.
Newsport.az-ın məlumatına görə, bu barədə Adamsın özü məlumat verib. O, "Sky Sport”a açıqlamasında hadisə ilə bağlı bunları deyib:
"Qəbələ”nin məşqlərinin birində ürəyimdə ağrılar hiss etdim. Təcili Bakıya göndərilib klinikaların birində əməliyyata alındım. Ürəyimdə angioplastika əməliyyatı edildi. Azərbaycanlı cərrah o qədər gözəl və dəqiq iş görmüşdü ki, hətta mənim Britaniyadakı kardioloqum belə buna heyran olmuşdu. Tam əminliklə deyə bilərəm ki, kardioloq-cərrah Üzeyir Rəhimov və onun komandası olmasaydı, həyatımı xilas etmək çox çətin olacaqdı. Təxirəsalınmaz əməliyyat sayəsində hazırda həyatdayam”.