“Qəbələ” – “Kəpəz” oyunu yarımçıq dayandırıldı FOTO

Azərbaycan Premyer Liqasının XI turunun "Qəbələ” – "Kəpəz” oyunu yarımçıq saxlanılıb.

Newsport.az saytının məlumatına görə, Qəbələdə qatı dumanın olması buna səbəb olub. 
 
Hələ oyundan öncə əyalətdəki görüntüləri sizə təqdim etmiş, göz-gözü görmədiyini xəbər vermişdik. Əliyar Ağayevin başçılıq etdiyi halimlər briqadası matçın ilk 30 dəqiqəsinin oynanılmasına imkan versə də, yarım saatın tamamından sonra Ağayev qapı xəttindən mərkəzə doğru göz yoxlanışı edərək oyunun saxlanılmasına qərar verib. 
 
Hazırda komandalar da soyunub-geyinmə otağındadırlar. Müvəqqəti fasilə təxminən 10-15 dəqiqə çəkəcək. Ondan sonra dumanın qatılığından asılı olaraq, oyunun davam etdirilib-etdirilməyəcəyinə dair yekun qərar veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right