Rəşad Sadıqov: “Adi bir səhvə görə bizi cəzalandıra bilərlər” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ” doğma meydanında "Rəvan”ı 1-0 hesabı iləməğlub edib. Qaarşılaşmadan sonra "Qarabağ” kapitanı Rəşad Sadıqov Newsport.az-ın suallarını cavablandırıb:

 
-Premyer Liqada əsas rəqiblərinizdən biri olan "Qəbələ” xal itirdi.  Bu xal itkisi "Qarabağ”ın işinə necə təsir edəcək?
-Avropa Liqasının davam etiyi müddətdə "Qarabağ” və "Qəbələ” üçün çətin olacaq.  Bu gün də istədiyimiz oyunu göstərə bilmədik. Qələbə qazansaq belə bunun üçün əziyyət çəkdik.
 
-"Sumqayıt”a məğlub olduğunuz üçün baş məşqçiniz bu oyunda əsas heyət oyunçularına üstünlük vermişdi.
-Cari mövsüm Avropa Liqası oyunundan sonra baş məşqçimiz əsas heyət oyunçularına istirahət verir.  Bunun da əsas səbəbi oyuna yaxşı bərpa olamamaqdı, əgər həmin heyətə şans versəydi, komandadaa zədəlilərin sayı arta bilər. Ona görə də, məşqçilər heyəti futbolçuları qoruyur. belə hallar gələcəkdə də baş verəcək. Həm də heyətimiz də genişdir, hamıya oynamaq üçün şans vermək lazımdır. "Sumqayıt"la oyunda komandamız yaxşı oynadıq, sadəcə qol epizodlarından istifadə edə bilmədik. Rəqib də yaxşı futbol oynadı və 3 xal qazandı.
 
 -Reynaldonun yoxluğunda hücum xəttində əsas güc Armentoresin üzərinə düşür. Çünki digər hücumçunuz Pupon mövsümboyu heç nə ilə yadda qalmağı bacarmır... 
-Pupon "Sumqayıt”la oyunda yaxşı oynadı. Qol epizodları da oldu. O, 1-2 qol vursa özünəgəlməyi bacaracaq. Hücumçu üçün əsas qol vurmaqdı.  Hər iki futbolçunun komandamıza xeyir verəbiləcəyinə inanıram.
 
-"Monako” ilə oyundan öncə komandada ab-hava necədir?
-Komandada durum yaxşıdır.  Hamının bizdən qələbə gözlədiyini yaxşıbaşa düşürük. Səfərdə "Monako”ya qarşı yaxşı oynadıq. "Monako”ilə oyuna ciddi hazırlaşacağıq.  Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. 
 
Əvvəlki müsahibələrində kənardan komandaya psixoloji təsirin çox olduğunu bildirmişdin. "Monako" ilə oyunda da hamı sizdən yaxşı nəticə gözləyir, çünki qrupdan çıxmaq üçün son şansdır.
- Biz də qrupdakı durumu yaxşı başa düşürük. Sona qədər mübarizə aparacağıq,  Fikirləşirəm ki, yaxşı olacaq. 
 
 -Artıq "Monako” ilə 1 həftə əvvəl oynamısınız.  Cavab oyununda nəyə ümid etmək olar?
Ümid həmişə var. Hər bir komandayla oynaya bilərik.  Sadəcə ev oyunlarımızda komandamız bir az stres keçirir. Buna da səbəb 30 min azarkeşimizin bizdən qələbə gözləməyidir. Bu, bizdə məsuliyyəti artırır. "Monako" elə komanda deyil ki, ilk dəqiqələrdən basqılı oyun oynayaq. Rəqibin heyətində Bernardo, Əl-Şarravi kimi təhlükəli futbolçular var. Adi bir səhvdə bizi cəzalandıra bilərlər, ona görə ağıllı oynamalıyıq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right