Maksim Medvedev: “Qarabağ” iki ilin “Qarabağ”ı deyil ki...” MÜSAHİBƏ

"Qarabağ”ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının X turunda "Rəvan” üzərində qazanılan qələbədən sonra (1-0) Newsport.az saytının da əməkdaşının suallarını cavablandırıb.
 
-İlk öncə "Rəvan” üzərindəki qələbəyə görə təbrik edirik. Qarşılaşma haqqında fikirlərin necədir?
-Bundan əvvəlki iki oyunda xal itirmişdik. Avropa Liqasında  "Monako”ya, Topaz Premyer Liqasında isə  "Sumqayıt”a  məğlub olmuşduq.  "Rəvan”la oyuna çox ciddi hazırlaşmışdıq.  Qələbə qazanmaq üçün hər şey edirdik. "Rəvan”ın oyunu bizim üçün sürpriz oldu.  Rəqib çox yaxşı futbol oynayırdı. Gənc kollektiv olmalarına baxmayaraq çox rahat və sərbəst şəkildə top saxlamağı bacarırdılar. 
 
-Oyundan əvvəl çoxları "Qarabağ”ın böyükhesabla qalib gələcəyini düşünürdü. Demək olarmı ki, "Qarabağ”a bu gün 3-4 qol vurmaq yox,  3 xal daha çox lazım idi. 
-Əlbəttə, hesabdan asılı olmayaraq bizə vacib lazım olan 3 xalı qazanmaq idi. "Rəvan” bu gün müdafiədə çox mükəmməl oynadı.
 
-Demək olarmı ki, son zamanlar "Qarabağ”da nəsə alınmır.  "Sumqayıt”la oyunda da məğlu boldunuz. Bu "Qarabağ”ın oyununun alınmamasına işarə deyil?
-Son nöqtəni qoymaqda çətinlik çəkirik. Hər şey edirik. Mübarizə aparırırq. Statistikalar da, bizim necə futbol oynadığımızı göstərir. Amma sonda nəsə çatışmır. 
 
-Bəlkə sıx qrafik sizə problem yaradır. 

-Belə danışaq, "Qarabağ” iki ilin "Qarabağ”ı deyil ki,həmişə eyni futbolu oynasın. Heyətimizə baxanda 26-27  futbolçu var.  "Sumqayıt”la oyunda da gördünüz ki, bizim yoxluğumuzu tamamlayan futbolçular var. "Sumqayıt”la oyunun statistikası da bunu deməyə əsas verir. 
 
-Reynaldonun yoxluğu "Qarabağ”ın son nöqtəni qoymasında hansı problem yarada bilər?

-Əlbəttə, Reynaldonun yoxluğu bizim  üçün problemdir.  Çünki Reynaldo "Qarabağ” üçün dəyişilməz fiqur idi. Rəqiblərin çoxu Reynaldodan çəkinirdi. Ammabu gün Reynaldo yoxdur. Samuel Armentores isə tam istedadını göstərə bilmir. Düşünürəm ki, ona var gücünü ortaya qoymaq üçün vaxt lazımdır.
 

-Qarşıda AZAL-la oyununuz var.  AZAL bu gün "Qəbələ”ilə heç-heçə elədi. Həmin oyunda "Qarabağ”dan nə gözləmək olar?
-AZAL-ın "Neftçi” ilə oyununa baxmışıq. Bu gündə "Qəbələ” ilə bərabərə qaldılar. Güclü komandalara qarşı yaxşı oynayırlar. Bizi çətin oyun gözləyir. Süni meydança işimizi çətinə sala bilər. Amma oyunun çətinliyini dərk edirik. Biz qələbə üçün meydanda  olacağıq. Əgər onlara qələbə lazımdırsa, bizə ondan da çox lazımdır. 
 
-"Monako” ilə oyunla bağlı. Səfərdəki oyun göstərdi ki, "Qarabağ” bu komandanı Bakıda məğlub edə bilər. Sənin fikirlərin necədir?
-Həmin Ssenari davam edir.  Son nöqtəni qoya bilmirik. Əgər bu gün "Qarabağ” "Monako” kimi komanda ilə başa-baş mübarizə aparırsa deməli "Qarabağ”ın gələcəyi yaxşı olacaq.
 
-Qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsən?
-Son oyuna kimi bilinmir ki, kim çıxacaq kim yox. Çünki futbolda istənilən nəticə ola bilər. Məsələn "Sumqayıt”a məğlub olub "Anderlext”ə qalib gəlirik. Ona görə də, son oyunadək gözləmək lazımdır.  
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right