Elvin Camalov: "Məqsədimiz çempionluqdu"

"Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. 90 dəqiqə boyu qələbə üçün mübarizə apardıq. Amma təəssüf ki, sonda iki xal itirdik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, qələbə qazanaraq, itirilən xalların əvəzini çıxmalıyıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə” ilə oyundan sonra (0:0) "Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov deyib.Gənc yarımmüdafiəçi II dövrənin ilk oyunu haqqında fikirlərini açıqlayıb. :

 "Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdu. Mövsümün böyük hissəsi hələ irəlidədi. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.
 

Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib: "Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldı. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
 
Qeyd edək ki,Azərbaycan Premyer Liqasının I dövrəsində  "Qəbələ" 21 futbolçunun xidmətindən yararlanıb ki, onlardan yalnızElvin Camalov bütün matçları əvəzolunmadan keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right