"Çətin olacağını bilirdik. "Qarabağ”a qarşı oynamaq çox çətindir”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov söyləyib.
Premyer Liqanın IX turunun son görüşündə "Sumqayıt” nəhayət ki, azarkeşlərini sevindirdi. "Kimyaçılar” evdə çempionatın son 2 mövsümünün qalibi və lideri "Qarabağ”ı üstələdi. Cari mövsümdə ilk qələbəsini qazanan "gənclik şəhəri” təmsilçisinin çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında rəqbə təşəkkür edib:
"İnter”lə oyundan sonra demişdim ki, biz rəqibi düşünmürük. Bu sözlərim rəqibi kiçiltmək üçün deyil. Sadəcə, öz çıxışımızı fikirləşirik. İstədiyimiz oyuna doğru 1 addım atdıq. Məncə, "Qarabağ” bizə qarşı həvəssiz oynamadı. "Qarabağ” fəxrimizdir. Oyuna görə onlara da təşəkkür edirəm”.