"Xəzər Lənkəran" istirahətə buraxıldı

Premyer Liqanın IX turunda səfərdə "Kəpəz”ə minimal hesabla məğlub olan "Xəzər Lənkəran” sərbəst buraxılıb.

Newsport.az-ın məlumatına görə, matç bitən kimi Gəncəni tərk edərək doğma şəhərə qayıdan komanda üzvləri bir gün istirahət edəcək. 
Oktyabrın 26-da, günün birinci yarısında isə komanda yenidən bir araya gələrək hazırlıqlara başlayacaq. Cəmi iki gün məşq edəcək "Xəzər Lənkəran” Premyer Liqanın (II dövrə) X turu çərçivəsində, oktyabrın 28-də "Fırtınalar meydanı”nda "Sumqayıt”ı qəbul edəcək.  
(12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right