“Kəpəz”in zədəli müdafiəçisindən son xəbər: Durumu necədir?

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Kəpəz” "Xəzər Lənkəran”ı qəbul edib.

Newsport.az-ın məlumatına görə, Gəncə klubu ev oyununda 1:0 hesablı qələbə qazanıb. 
 
"Sarı-göylər” qələbəyə sevinsə də, əsas müdafiəçilərindən Şəhriyar Əliyevə zədə üzündən itirdi. Daha doğrusu, Əliyev əzələsini dartdığından ikinci hissənin ortalarında əvəzləndi. "Qarabağ”a məxsus olan futbolçunun zədəsinin ciddilik dərəcəsinə aydınlıq gəlib. 
 
Əldə etdiyimiz məlumata görə, Şəhriyarın zədəsi ciddi deyil. Sadəcə, oyun zamanı əzələsindəki dartılma ağrı şəklinə keçdiyindən həkimlər briqadası riskə getmək istəməyib. Hər şey yolunda getsə, Əliyev artıq növbəti turda meydana çıxa biləcək.
 
Qeyd edək ki, "Kəpəz” X turda oktybarın 28-də səfərdə "Zirə” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right