“Xəzər Lənkəran” Gəncədə problemlə üzləşdi:Futboçulara oteldən çıxmalarına qadağa qoyuldu

Premyer Liqanın IX turunda "Kəpəz”lə səfərdə qarşılaşacaq "Xəzər Lənkəran” Gəncədə problemə üzləşib.

Newsport.az-ın məlumatına görə, Gəncənin eyni adlı otelində məskunlaşan cənub təmsilçisinin bir neçə üzvü axşam saatlarında şəhərin mərkəzində gəzintiyə çıxmaq istədikdə polis onlara əngəl olub. 

Qeyd edək ki, Aşura axşamında oktyabrın 23-də saat 19:30 – 20:00 arası əzadarlar Gəncənin mərkəzində yerləşən məscidə tərəf gedərkən polis əməkdaşları izdihamın qarşısını almağa çalışıb. Ümumi gərginliyin fonunda "Xəzər Lənkəran”ın futbolçuları da asayiş keşikçilərinin təpkisi ilə üzləşərək otelə qaytarılıblar. Hətta oteldən çıxmaları da qadağan qoyulub.

(12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right