“Çelsi” Liverpuldan məğlub dönür, Mançester derbisində heç-heçə

İngiltərə Premyer Liqasında XII tur davam edir.

Newsport.az-ın məlumatına görə, “Vulverhempton” öz meydanında “Aston Villa”ya uduzaraq, rəqibinin turnir cədvəlində önə keçməsinə şərait yaradıb.

“Nyukasl”ın qonağı olan autsayderlər zonasındakı “Vest Bromviç” meydanı məğlub tərk edib.

“Old Trafford”da Mançester derbisi olub. Premyer Liqadakı son 4 matçında qələbə qazanan “Mançester Yunayted” turnir cədvəlindəki qonşusu “Mançester Siti”ni qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Çempionatda 3 aydır uduzmayan (5 qələbə, 4 heç-heçə) “Çelsi” Liverpul səfərinə çıxıb. Qeyri-stabil nəticələrlə diqqət çəkən “Everton”un qonağı olan “zadəganlar”ın uğurlu seriyası qırılıb.

12 dekabr


İngiltərə Premyer Liqası, 12-ci tur

"Vulverhempton" – "Aston Villa" - 0:1
Qollar:
 El-Qazi, 90+4-pen.

"Nyukasl" – "Vest Bromviç" - 2:1
Qollar
: Almiron, 1. Qayle, 82 – Furlonq, 50.

"Mançester Yunayted" – "Mançester Siti" - 0:0

"Everton" – "Çelsi" - 1:0
Qol:
 Siqurdsson, 22-pen.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right