“Mançester Yunayted” qələbə üçün gəldiyimizi bilir” Qvardiola

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 12-ci turu çərçivəsində “Mançester Yunayted”ə qarşı keçirəcəkləri səfər matçından əvvəl fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis “Mançester Yunayted”lə oyunda qələbə qazanmaq istədiklərini deyib:

“Bizi çətin oyun gözləyir. “Mançester Yunayted”in inanılmaz futbolçuları var. Öz oyunumuzu oynayıb, rəqibi cəzalandırmağa çalışacağıq.

“Mançester Yunayted” qələbə üçün gəldiyimizi bilir. Rəqibin keyfiyyətini inkar edə bilmərik. Həqiqətən, güclü və geniş heyətləri var. Bunlara baxmayaraq, tək istəyimiz qələbə qazanmaqdır”.

Bu gün keçiriləcək “Mançester Yunayted” – “Mançester Siti” matçı saatı 21:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right