Premyer Liqa klubu milli üzvüylə müqaviləni yenilədi

“Aston Villa” Con Makqinnin müqaviləsinin müddətini artırıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Makqinn 2018-ci ilin yayından “Aston Villa”da çıxış edir. Yarımmüdafiəçi Şotlandiya milli komandasının da üzvüdür.

Makqinn bu mövsüm Premyer Liqada 9 oyuna 1 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right