"Bütün Azərbaycanın onu yığmaya götürmək üçün "atışdığı"ını eşitmək ayıbdır"

"İqor Ponomaryovu milliyə cəlb etməyi həmin vaxt köməkçim olan Hacı Hacıyev təklif etdi. Mövqe ilə bağlı problemimiz var idi".

Newsport.az-ın məlumatına görə, bu fikirləri SSRI yığmasının sabiq baş məşqçisi Anatoli Bışovets 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibi olmuş futbolçular barədə danışarkən deyib.

74 yaşlı mütəxəssis keçmiş yarımmüdafiəçini yaxşı oyunçu adlandırıb. Lakin Bışovetsin fikrincə, Ponomaryov nə çağırılanadək, nə də çağırıldıqdan sonra olimpiya komandasının əsas oyunçusu olmayıb:

"Bütün Azərbaycanın Ponomaryovu yığmaya cəlb etmək üçün "atışdığı"na dair söz-söhbətləri eşitmək sadəcə ayıbdır. Bunları cılız insanlar deyə bilərlər".

İqor Ponomaryov 1988-ci ildə SSRİ yığması ilə olimpiya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right