Dünya Kubokunun keçiriləcəyi tarix açıqlandı

Beynəlxalq Triatlon Şurası gələn il keçiriləcək Dünya kuboku yarışlarının vaxtını açıqlayıb.
 
Newsport.az xəbər verir ki, növbəti il 10 yarış təşkil olunacaq.
 
Mövsümə martın 20-21-də Yaponiyanın Miyazaki şəhərində start veriləcək. Mövsümün sonuncu yarışı oktyabrın 30-31-də Tonqenqdə (Koreya Respublikası) keçiriləcək.
 
“Tokio-2020” Yay Olimpiya Oyunlarınadək 5 dünya kuboku yarışları baş tutub. Həmin yarışda idmançılar reytinq xalları qazanacaqlar.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right