İran çempionatında dünən təxirə salınan 3-cü turun oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, "Traktor" doğma meydanda "Sepahan"la qarşılaşıb. Matç Cənubi Azərbaycan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Dünən keçirilməli olan görüş Təbrizə yağan güclü qar səbəbindən təxirə salınmışdı.
Qeyd edək ki, "Traktor" 3 turan sonra 2 xalla 13-cü pillədə qərarlaşıb.