İran çempionatının 3-cü turunda bu gün keçirilməli olan "Traktor" - "Sepahan" oyunu baş tutmayıb.
Newsport.az-ın məlumatına görə, Təbrizə yağan güclü qar oyuna əngəl olub. Klubun mətbuat xidməti matçın sabah keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" ilk iki turda heç-heçə edib və 2 xalla 13-cü pillədə qərarlaşıb. "Sepahan" isə 3 xalla 12-cidir.