Almeydanın klubunda maliyyə problemi

Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana” maliyyə problemləri ilə üzləşib.

Newsport.az-ın xəbərinə görə, bu barədə Qazaxıtan klubunun müvəqqəti çalışdırıcısı Qriqori Babayan Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə "Renn”ə uduzduqları (0:2) oyundan sonra deyib. 

O bildirib ki, maliyyə çətinliyi komandanın çıxışına da təsir edir: "Artıq neçənci ildir ki, mövsümün sonunda maliyyə problemləri ilə üzləşirik. Hazırda klubun futbolçulara böyük mükafat borcu var.  Bəhanə etmək istəmirəm, məşqçi kimi məsuliyyət mənimdir. Ancaq ödənişlər gecikəndə futbolçular əsəbiləşir, onların oyununa da mənfi təsir edir".

"Astana”nın prezidenti Sayan Hamitcanov da klubda maliyyə problemləri olduğunu təsdiqləyib: "Həqiqətin gözünə baxmaq lazımdır. "Astana”nın bazası yoxdur, stadionumuza UEFA tərəfindən xeyli irad var. Son 4 ildə klubun büdcəsi dəyişməyib. Amma bu müddətdə komandanın səviyyəsi xeyli yüksəlib. Səhmdarlar qısa zamanda maliyyə və infrastrukturla bağlı təbir görməsələr, klubun son illər avrokuboklarda əldə etdiyi uğurlar tarixdə qalacaq və "Astana” klub olaraq dağılacaq".

Qeyd edək ki, Avropa Liqasında K qrupunda çıxış edən "Astana" "Renn"ə uduzaraq mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right