Renat oynadı, komandası kubokda mübarizəni dayandırdı

Portuqaliya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, U-21 millimizin üzvü Renat Dadaşovun komandası “Eştoril” öz meydanında “Tondela” ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyası ilə müəyyənləşib. Burda isə daha dəqiq oynayan “Tondela” (5:4) növbəti mərhələyə yüksəlib.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan R.Dadaşov 74-ü dəqiqədə meydana daxil olub. Ona növbə çatmadığı üçün Renat penaltilər seriyasında iştirak etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right