"Sportinq"in ulduzları "Qarabağ"a qarşı oynayacaqlar?

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun ulduz futbolçusu Bas Dostun son durumuna aydınlıq gəlib.

 

Newsport.az saytının məlumatına görə, bir müddətdir zədəli olan Hollandiyanın millisinin üzvü 1 ay yaşıl meydanlardan kənar qalacaq. 29 yaşlı forvard zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. Komanda ilə məşqlərə başlayan Luiş Naninin isə Ağdam klubuna qarşı oynayıb-oynamaycağı bəlli deyil.

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də Bakı vaxtı ilə 23-00-da baş tutacaq.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right