Qriqorçuk Kiyev "Dinamo"sunda?

"Qəbələ"nin sabiq baş məşqçisi Ukraynanın "Dinamo" klubunun baş məşqçisi ola bilər.

Newsport.az-ın məlumatına görə, Kiyev təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra belaruslu çalışdırıcısı Aleksandr Xatskeviçi istefaya göndərmək istəyir.

Ukrayna mətbuatı 44 yaşlı mütəxəssisi əvəzləyə biləcək çalışdırcıları yazıb. Roman Qriqorçuk, Andrey Şevçenko, Yuri Vernidub, Oleq Dulub və Leonid Kuçuk paytaxt klubunun "sükanı arxası"na namizəd göstəriliblər.

Qeyd edək ki, Qriqorçuk "Astana"da Çempionlar Liqasından kənar qaldığı üçün postundan qovulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right