“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Sloveniya çempionu “Olimpiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Lyublyana klubu Serbiya “Voyvodina”sından Marko Putinçanini heyətinə qatıb.
30 yaşlı serbiyalı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. Bu barədə Lyublyana təmsilçisinin rəsmi saytı məlumat yayıb. Putinçanin “Olimpiya”da 70 nömrəli formanı geyinəcək.