Paytaxt klubu millimizin üzvünün transferindən imtina etdi

Futbol üzrə milli komandamızın üzvü Ufuk Budak karyerasını ölkəmizdə davam etdirməyə yaxın olub.  

Newsport.az-ın məlumatına görə, cinah müdafiəçisi “Zirə” klubuna təklif olunub. 

Lakin paytaxt təmsilçisi oyunçunun xidmətində maraqlı olmadığını bildirib. Son olaraq “Samsunspor”da çıxış edən futbolçu oyun praktikasından əziyyət çəkdiyi üçün “Zirə”yə lazım olmayıb. 

Qeyd edək ki, 28 yaşlı futbolçu karyerası ərzində “Ülm”, “Frayburq”, “Əskişəhərspor”, “Qaziantep” və “Manisaspor” kimi komandalarda forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right