Dodo "Qəbələ"yə dönmək istəyir: "Hazırda sərbəst futbolçuyam və evimə qayıtmağa hazıram" FOTO

Braziliyalı futbolçu Luis Paulo Hilario "Qəbələ"yə qayıtmaq istəyir.

Newsport.az-ın məlumatına görə, Dodo ləqəbiylə tanınan yarımmüdafiəçi "Facebook"dakı Şəxsi səhifəsində bu haqda status paylaşıb.

O, uzun illər kapitanı olduğu"qırmızı-qaralar"ın uğurları üçün yenidən çalışmağa hazır olduğunu bəyan edib: "Qəbələ"yə dönmək istəyirəm. "Red Black Army" azarkeş qrupununun fəal üzvləri məni dəstəkləyirlər. Qardaşlarımla yenidən eyni evdə olmaq istəyirəm. Hazırkı klububla müqaviləm bitib. Hazırda sərbəst futbolçuyam. Belədirsə, "Qəbələ"yə qayıtmağa hazıram". 

 

Qeyd edə ki, "Qəbələ"dən Yunanıstan "AEL-inə keçən legioner son olaraq latviyada çıxış edib. 

Sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right