Şehiçli Bosniya və Herseqovina mundial iştirakçısını məğlub etdi

“Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiçin formasını geyindiyi Bosniya və Herseqovina yığması növbəti yoxlama görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, Robert Prosineçkinin yetirmələri Cənubi Koreya ilə qarşılaşıb.

Dünya çempionatının iştirakçısı ilə görüş bosniyalılar üçün uğurlu alınıb. Belə ki, Edin Viskanın 28, 45+1, 79-cu dəqiqələrdə vurduğu qollar Prosineçkinin kollektivinə 3:1 hesablı qələbə qazandırıb.

Matçı əvəz edilmədən keçirən Şehiç yalnız 30-cu dəqiqədə rəqibin qoluna mane ola bilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right