Muradov mövsümün son matçında oynamadı

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində mövsümə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi son turda doğma meydanda “Dukla” ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Rövlan bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

“Slaviya” mövsümü 15 xalla 10 komanda arasında 3-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right