Çempionlar Liqasının finalında "Real"la qarşılaşmada Serxio Ramosun müdaxiləsindən sonra ciddi zədə alan "Liverpul"un futbolçusu Məhəmməd Salahın durumu ilə bağlı məlumat yayılıb.
Newsport.az saytının məlumatına görə, Misir Futbol Federasiyası "Liverpul"dan bilgi aldığını və Salahın dünya çempionatında oynamaq ehtimalının olduğunu açıqlayıb.
Qeyd edək ki, Ramos 27-ci dəqiqədə Salahı zədələmişdi. 25 yaşlı futbolçu meydanı gözyaşları ilə tərk etmişdi.
Misir dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uuruqvayla eyni qrupda yer alıb.