21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” komandasında növbəti oyununa çıxıb.
Newsport.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 8-ci turunda səfərdə “Şukura” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb - 3:2.
Fərid oyuna start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
8 turdan sonra hesabında 11 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.