Ziya Əzizov oynamadı, komandası məğlub oldu

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 36-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” səfərdə “Fortuna” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Əzizov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right