Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Ayaz qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Rostov” geridə qalan turlarda topladığı 27 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.