Hollandiya I Divizionunda çıxış edən "Valveyk"in futbolçusu U-21 millimizin üzvü Ozan Can Kökcünün son durumuna aydınlıq gəlib.
Newsport.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, "Valveyk" "Bursaspor"dan icarəyə götürdüyü futbolçunu mövsümün sonunda geri göndərəcək. Klub, Kökcünün icarə müddətini uzatmaq niyyətində deyil və vinger Bursa təmsilçisinə geri dönəcək.
Qeyd edək ki, "Valveyk" 19 yaşlı yarımmüdafiəçini qış fasiləsində 6 aylıq icarəyə götürüb.