İngiltərə millisi yayda Rusiyada təşkil olunacaq Dünya Çempionatında iştirak edəcək.
Newsport.az xəbər vei ki, bu haqda məlumatı jurnalistlərə açıqlaması zamanı, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson məlumat verib. O, bildirib ki:
"İngiltərə komandasının DÇ-2018-i boykot etmək planı yoxdur. Futbol federasiyası hökumət deyil. İngilis azarkeşləri cəzalandırmaq niyyətimiz yoxdur".
Daha sonra azarkeşlərə səslənən nazir sözlərinə bunları əlavə edib: "Azarkeşlər Rusiya və Böyük Britaniya arasında yaşanan gərginlikdən xəbərdar olmalı və buna həssas yanaşmalıdırlar".