“Təəssüf ki, onun baş məşqçisi Mourinyodu” Frank de Bur

“Kristal Pelas”ın sabiq baş məşqçisi Frank de Bur “Mançester Yunayted”in futbolçusu Markus Reşford barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Frank de Bur Reşfordu istedadlı futbolçu kimi xarakterizə edib. Ancaq onun baş məşqçisinin Joze Mourinyo olmasına görə təəssüfləndiyini də bildirib:

“Reşford hələ gəncdi. O, səhv edə-edə inkişaf etməlidi. Təəssüf ki, onun baş məşqçisi Mourinyodu. Mourinyo bu amili nəzərə almayacaq. Ona nəticə lazımdı.

Reşford bir-iki uğursuz oyun keçirsə, onda ehtiyatda oturacaq. O, olduqca istedadlıdı və daim meydanda olmalıdı ki, təcrübə toplasın. Ona hər həftə nəzarət edilməlidi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right