"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstann "Aktobe" klubunda davam etdirə bilər.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hal-hazırda qazaxıstan klubunda baxışda olan 28 yaşlı futbolçu, komandanın məşqçilər heyəti tərəfindən bəyəniləcəyi təqdirdə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Reynaldo 2013-2017-ci illər mövsümündə "Qarabağ"ın şərəfini qoruyub.
