Asiya Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın “Traktor Sazi” klubu turnirdə ilk matçına çıxıb.
Ərtoğrul Sağlamın komandası evdə Səudiyyə Ərəbistanının “Əl Əhli” klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun məğlubiyyəti ilə başa çatıb – 0:1.
Qeyd edək ki, “Traktor Sazi” növbəti matçını fevralın 19-da səfərdə Qətərin “Əl-Qarafa” klubuna qarşı keçirəcək.