Newsport.az xəbər verir ki, doğma şəhərdə təlim-məşq toplanışında olan komanda "Stechovice" ilə qarşılaşıb və 5-2 hesabı ilə qalib gəlib. Həmyerlimiz start heyətdə meydana çıxıb və 2 qol vuraraq komandasının qələbəsində pay sahibi olub.
Qeyd edək ki, "Slaviya"nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz - Amin Seydiyev və Rövlan Muradov da, bu görüşdə iştirak edib və 90 dəqiqə meydanda olublar.