Dino Ndlovu İlə yollarını ayıran "Qarabağ" həmin boşluğu doldurmaq üçün Afrikanın "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiatı rənglərinə qatmağı planlaşdırır.
Newsport.az xəbər verir ki, "Mamelodi Sandaunz" klubundan ayrılaraq ölkənin digər klubu "Kayzer Çifs"ə keçən Leonardo Kastro Xama Billiat barədə danışıb. 28 yaşlı kloumbiyalı forvard bildirib ki, Xama Billiat Cənubi Afrikanın ən yaxşısıdır: "Mənim üçün Cənubi Afrikanın ən yaxşı futbolçusu Xama Billiatdır. O, müstəsna oyunçudur. Hər gün onunla məşq edirdim. Uğurlara ac biridir". Nəzərinizə çatdıraq ki, Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. CAR təmsilçisi bu keçid üçün "Qarabağ"dan 2,5 milyon avro tələb edir.
Qeyd edək ki, Xama Billiat 2013-cü ildə "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.