Ruben Ayrapetyan: "Ermənistan klublarının "Qarabağ" kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur"

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolu ilə bağlı verilən suala cavab verib.

Newsport.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, mətbuat konfransı keçirən federasiya başçısına “Nəyə görə Azərbaycan klubları Çempionlar Liqasının qrup mərhələsinə düşür, ancaq Ermənistan klubları yox" sualı verilib. Ayrapetyan suala belə cavab verib:

"Yaxın zamanda Ermənistan klublarının "Qarabağ" kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur. Ona görə ki, ÇL-in qrupunda oynamaq üçün böyük məbləğdə pul lazımdı, bu isə bizdə yoxdu. Azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.

Xatırladaq ki, Ağdamın “Qarabağ” klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq cari mövsümdə ÇL-in qrup mərhələsində mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right