"Mançhester Yunayted"dən növbəti rekord

İngiltərənin “Mançester Yunayted” Premyer Liqanın 22-ci turunda daha bir rekorda imza atıb.

Newsport.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqada eyni rəqib üzərində qazandığı qələbələrin sayında digər ingilis klublarını qabaqlayıb. Joze Mourinyonun çalışdırdığı kollektiv son turda “Everton”u məğlub edib – 2:0. Bu qələbə MY-nin sözügedən komanda üzərində 35-ci zəfəri olub.

Qeyd edək ki, əvvəlki rekord da MY-yə məxsus idi. “Qırmızı şeytanlar” ölkə çempionatında “Aston Villa”ya da 34 dəfə qalib gəliblər.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right