Xorvatiyada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiyanın ən yaxşı futbolçusu seçilib. 32 yaşlı futbolçu 6-cı dəfə ölkəsinin ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, Modriç bununla da göstəricidə Davor Şukerin rekordunu təkrarlayıb.