"Zirə"nin sabiq futbolçusunun yeni klubu müəyyənləşib

"Zirə"nin sabiq müdafiəçisi Migel Lorenso uzun müddət sonra özünə yeni klub tapıb.

 

Newsport.az xəbər verir ki, 25 yaşlı futbolçu ölkəmizdən gedəndən 8 ay sonra yeni komanda ilə müqavilə bağlayıb. Portuqaliyalı oyunçu ölkəsinin II Liqa təmsilçisi "Unian Madeyra" klubu ilə 1,5 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Zirə" Lorensonu ötən mövsüm "Vitoriya Setubal"dan icarəyə götürmüşdü. O, "qartallar"ın heyətində 20 oyun keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right