Kamren Ağayevin kömək etdiyi futbolçu dünyasını dəyişdi

Portuqaliyanın "Boavişta" klubunun hücumçusu Edu Ferreyra 20 yaşında dünyasını dəyişib.

 

Newsport.az xəbər verir ki, bu barədə Portu təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçuda ağır xəstəlik 2016-cı ilin noyabrında, Ferreyra "Boavista" ilə müqavilə bağladıqdan bir neçə ay sonra aşkar olunub. O, ölkənin əsas liqasında oynayan klubda bir oyun belə keçirməyib.

 

Qeyd edək ki, millimizin futbolçuları - Kamran Ağayev və Emin Mahmudov vaxtıyla "Boavişta"da çıxış ediblər. Ötən il Edunun müalicəsinə "Boavişta" klubunun futbolçuları, eləcə də Kamran Ağayevlə Emin Mahmudov da dəstək olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right