Xəbər verdiyimiz kimi yaxın zamanlarda Peru millisinin üzvü Xosep Paolo Gerreronun qanında qadağan edilmiş maddələr tapıldığı üçün, FİFA tərəfindən 1 illik futboldan kənarlaşdırılmışdır.
Newsport.az xəbər verir ki, bunun ardından Apellasiya məhkəməsinə müraciət edən 33 yaşlı hücumçunun şikayətinə baxılıb. Belə ki, oyunçunun cəzası 1 ildən 6 aya endirilib. Nəzərinizə çadıraq ki, belə olduğu halda forvard DÇ 2018-də iştirak edə biləcək.
Qeyd edək ki, Gerrero 2015-ci ildən Braziliyanın "Flamengo" klubunda çıxış edir.