"Mövsümü 4 titulla başa vurmaq mümkün deyil" Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının cari mövsümkü çıxışı barədə danışıb.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis İngiltərə mətbuatına açıqlamasında komandasının cari mövsümdə iştirak etdiyi bütün turnirlərdə qalib gəlməsinin mümkünsüz olduğunu deyib:

“Eyni anda həm Premyer Liqanı, həm ölkə kubokunu, həm liqa kubokunu, həm də Çempionlar Liqasını qazanmaq mümkün deyil. 16 oyunda ardıcıl qalib gəlmək, gənc oyunçularla İngiltərə kubokunda uğura nail olmaq normal deyil. Digərləri xal itirdiyi vaxtda biz qələbələri sıralamaqla rekorda doğru gedirik. Ancaq mən titulların sayı barədə düşünmürəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right