FİFA-ya 100 milyon dollarlıq dava açılıb.
Newsport.az xəbər verir ki, “New York Tames” nəşrinin yaydığı məlumata görə, braziliyalı iş adamı Allemagne adlı şəxs futbol qrumunu onun fikrini oğurlamaqda itdiham edir. Belə ki, 2014-cü il Dünya Çempionatında istifadə edilməyə başladıqdan sonra, futbol oyunlarında aktuallaşan spreyin rəsmi olaraq sənədlərinin ona məxsus olduğunu deyən iş adamı, FİFA-dan 100 milyon dollarlıq təzminat tələb edir.
O, bildirib ki, “Dünya Çempionatından sonra FİFA rəsmiləri mənə sənədləri satın almaq üçün 500 min dollar təklif etdilər, lakin razı olmadım. FİFA mənim fikrimi oğurlayıb. Bu fair-play qaydalarına ziddir”.