"Qarabağ"ın kapitanı və Azərbaycanın U-20 və U-21 milli komandasının baş məşqçisi Rəşad Sadıqov “Roma”dan sonra "Mançester Siti"nin düşərgəsinə yollanıb.
Newsport.az xəbər verir ki, Mançesterdə 2 günlük səfərdə olan Sadıqov komandanın strukturu ilə tanış olmaqla yanaşı, komandanın “Tottenhem”ə qarşı keçirdiyi Premyer Liqa matçını və məşqini canlı izləyib.




